Fidan Blinkenlə Qarabağdakı son hadisələri müzakirə ediblər - YENİLƏNİB

2023/09/1695445106.jpg
Oxunub: 32535     23:43     22 Sentyabr 2023    
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib.

“Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin yüksəldilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə edilib”, - mənbə agentliyə deyib.

****

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, xarici siyasət idarəsinin rəhbərləri ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Blinken  


Bizi "telegram"da izləyin