Ordu.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin (TSKGV) baş direktoru Bilal Topçu Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (IDEF) yeni loqosu, yeri və konsepsiyası ilə 2025-ci il iyulun 22-27-də İstanbul Sərgi Mərkəzində keçiriləcəyini deyib.
TSKGV-nin millətə məxsus bir vəqf olduğunu ifadə edən Topçu Türkiyənin texnologiya səyahətinə qatqı təmin edən bir çox məhsulun vəqf daxilindəki şirkətlər tərəfindən vətəndaşların dəstəyi ilə həyata keçirildiyini ifadə edib.
O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ilə başlayan 5 vəqf var.
“Bizim vəqfimiz digər 4 fonddan fərqli olaraq sosial yardım və həmrəylikdən bir qədər kənardadır. Biz ASELSAN, TUSAŞ və ROKETSAN kimi 6 vəqfin öz şirkətləri, törəmə şirkətləri və xaricdəki şirkətləri ilə 70 şirkəti idarə edən böyük bir portfel meneceri vəqfiyik”, - deyə Topçu bildirib.
Sevinc Əliyeva
Ordu.az