Boliviya məhkəməsi üsyançı generalları həbsxanaya göndərib

2024/06/1719638690.jpg
Oxunub: 138     08:45     29 İyun 2024    
Boliviya məhkəməsi ölkədə dövlət çevrilişi təşkil etməyi planlaşdıran üsyançı generallar barədə yarım il müddətinə həbs qərarı çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bolivia TV” məhkəmənin qərarına istinadən məlumat yayıb.

"Terrorizmdə və dövlətin təhlükəsizliyinə və suverenliyinə silahlı cəhddə şübhəli bilinən Xuan Xose Suniqa, Xuan Arnes və Edison İraoleya Çonçokoro həbsxanasında altı aylıq profilaktik həbs təyin edilib", - efirdə bildirilib.

Daha əvvəl Boliviya Prezidenti Luis Arse keçmiş hərbçilərin və təqaüddə olan mülki şəxslərin çevriliş təşkil etməyə çalışdıqlarını söyləyib.

Xatırladaq ki, iyunun 26-da Boliviyada dövlət çevrilişi cəhdi baş verib. Üsyançı general Xuan Xose Suniqa ordu komandiri vəzifəsindən azad edilməsinə razı olmayıb, "demokratiyanı bərpa etmək" və siyasi məhbusları azad etmək tələbini irəli sürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boliviya   Üsyan  


Bizi "telegram"da izləyin