ABŞ yeni hibrid elektrikli PUA layihəsini təqdim edib

2024/06/2024--1719642080.jpg
Oxunub: 325     10:52     29 İyun 2024    
ABŞ Müdafiə İrəli Araşdırma Layihələri Agentliyi (DARPA) yanacağı elektrik enerjisinə çevirən hibrid elektrikli mühərrikə sahib yeni Pilotsuz Uçuş Aparatı (PUA) layihəsini təqdim edib.

Ordu.az xəbər verir ki, dörd illik SHEPARD proqramı çərçivəsində inkişaf etdirilən XRQ-73-ün ilk uçuşunu bu ilin sonunda edəcəyi gözlənilir.

Məlumata görə, təxminən 567 kiloqram ağırlığında olan PUA 5486 metr yüksəkliyə və saatda 185 kilometr sürətə sahib olacaq.

XRQ-73 mühərrikləri plan formasında yerləşdirilmiş, səs-küyü azaltma ilə yanaşı, açıq şəkildə radarda aşağı görünmə qabiliyyətinə sahib olması hədəflənən uçan qanad dizaynına malikdir.

Hərbi ekspertlərin fikrincə, hibrid elektrik yanaşması PUA-nın dayanıqlığını və yükgötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin