Ermənistan KİV-i: Rəqib təxminən 6 km irəliləyib, Arpa sektorunda ərazilər itirmişik

2023/11/94ab0-1698832920.jpg
Oxunub: 9169     11:45     27 İyun 2024    
Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyətinin nizamnaməsi layihəsini təsdiqləməsinə sayılı günlər qalıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, razılaşmaya əsasən, o, iyulun 1-də imzalanmalıdır ki, bu da demarkasiyanın hansı əsasda və haradan başlayacağı prinsiplərini müəyyən edəcək.

“Başlayacaq, çünki Tavusda sərhəd demarkasiyası olmayıb, əks halda bu, nizamnamə təsdiqlənəndən sonra edilərdi, sadəcə birtərəfli güzəştlər olub. Bundan sonra Azərbaycan Göyçə və ya Ağrı vilayətlərində, xüsusən də Ağrı-Dərələyəz sektorunda demarkasiya aparmaq istəyir. Dərələyəzdə hələ 2018-ci ilin aprel-may aylarında Naxçıvan tərəfdə Baş Qərargah rəisi Artak Davtyanın səlahiyyət müddəti dövründə Çanaxçı sektorunda kifayət qədər geniş ərazini güzəştə getmişik. Rəqib təxminən 6 km irəliləyib. Arpa sektorunda ərazilər itirmişik, yol təhlükə altına düşüb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Delimitasiya  


Bizi "telegram"da izləyin