Rusiya Sakit Okean Donanması Aralıq dənizində təlim keçirib

2024/06/2024--1719642152.jpg
Oxunub: 135     11:09     29 İyun 2024    
Rusiya Sakit Okean Donanmasının flaqmanı “Varyag” raket kreyseri Aralıq dənizində keçirilən təlimdə insansız dəniz platformalarının və hava hədəflərinin məhv edilməsi, düşmən gəmilərinin hücumunun dəf edilməsi, sualtı qayıqların axtarışı və məhv edilməsi tapşırıqlarını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasından verilən açıqlamada bildirilib.

Açıqlamada donanmanın flaqmanı olan “Varyag” raket kreyserinin Aralıq dənizində planlı təlim keçirdiyi qeyd olunub.

Təlim zamanı Rusiya hərbi gəmisi açıq dənizdə kiçik ölçülü və yüksək sürətli hədəflərin aşkar edilməsi və məhv edilməsi tapşırıqlarını yerinə yetirib.

“Varyag” heyəti gəmini tüstü pərdəsi ilə kamuflyaj edib, əlavə qüvvələr insansız dəniz platformasının intensiv hücumunu dəf ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sakit-Okean-Donanması  


Bizi "telegram"da izləyin