KİV: Erməni keşişin hərəkatı parçalanır, liderlər arasında mübahisə baş verib

2024/06/1719645792.jpg
Oxunub: 222     11:29     29 İyun 2024    
“Demək olar ki, Suren Petrosyanla “Vətən naminə Tavus” hərəkatı arasında əlaqə nəhayət kəsilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Baqrat Srbazan ötən gün Müqəddəs Anna kilsəsinin həyətində demək olar açıq mətnlə bunu etiraf edib və Surenlə görüşmədiyini bildirib.

“Lakin o, keçmiş silahdaşının müəmmalı şəkildə yoxa çıxmasını və bu münasibətlə onun verdiyi izahatları qiymətləndirməkdən imtina edib. “Suren Petrosyan hazırda hərəkatın liderlərindən biridir?” aydınlaşdırıcı sualına Baqrat Srbazan belə cavab verib: “O, qayıdacaq, danışacağıq. Bunun o qədər də böyük sual olduğunu düşünmürəm”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keşiş  


Bizi "telegram"da izləyin