“Hraparak”: Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi istefa verə bilər

2024/06/1719645979.jpg
Oxunub: 208     12:49     29 İyun 2024    
“Müqəddəs Hərəkat” “Telegram” kanalı ötən gün yazıb ki, sülh sazişinin 10-cu paketində Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı bütün iddialarından əl çəkməsi ilə bağlı yeni tələblər irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, söhbət Qarabağ məsələsindən, Ermənistanın Bakıda saxlanılan ermənilərlə bağlı şikayətlərindən, demarkasiya aparılmamış Azərbaycan-Ermənistan sərhədindən gedir.

“Mənbənin bildirdiyinə görə, Paşinyan hökuməti bu tələbləri də yerinə yetirməyə hazırdır, bu isə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyanın qəzəbinə səbəb olub. Kirakosyan məzuniyyətdədir və geri qayıtmaya, istefa verə bilər. Təbii olaraq Kirakosyanın ofisi məlumatı təkzib edərək bildirib ki, belə bir şey yoxdur, amma sonuncu məzuniyyətdədir. Əldə etdiyimiz məlumata görə, Azərbaycan bu tələbləri ötən ilin sonunda təqdim edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin