Yalnız Ankara Moskvanı diplomatik böhrandan xilas edə bilər – BAXIŞ BUCAĞI

2023/09/1693644864.jpg
Oxunub: 422     19:02     27 İyun 2024    
Serbiya prezidenti Aleksandar Vuçiç özünün Putinin xidmətçisi olduğuna dair Qərb blokunda hakim olan təəssüratı təkzib edib. Eyni zamanda, Vuçiç onu Ukraynanı silahla təmin etməkdə və “slavyan qanının tökülməsinə töhfə verməkdə” ittiham edən daxili rəqiblərinə qarşı çıxıb.

O, Serbiyanın üç ölkə - Azərbaycan, Kipr və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə silah tədarükünə dair müqaviləyə malik olduğunu açıqlayıb: “Biz silahları son istifadəçiyə satırıq, onun necə idarə etməsi isə bizi maraqlandırmır”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vuçiçin dediklərini gördüklərini və eşitdiklərini bildirib. “Serb dostlarımızla təmas yolu ilə məsələni müzakirə edəcəyik”, - deyə Peskov cavab verib. Bundan belə anlaşılır ki, açıqlamalar olmayacaq.

Amma çox güman ki, Moskvanın şübhələri, hətta birbaşa və ya dolayısı ilə “maddi sübutları” var. Belə çıxır ki, Ukraynada Serbiya istehsalı olan özüyeriyən artilleriya, mərmilər və digər silahlar peyda ola bilər. Problem Rusiyanın geosiyasi zəifliyi, Moskvanın Ukrayna məsələsində NATO və ABŞ-yə ekvivalent hərbi-siyasi tarazlıq formalaşdıra bilməməsidir.

Şərti olaraq desək, dəstək və ya sədaqətlə bağlı şifahi təminatların vaxtı bitib. Ukraynadakı müharibə kulminasiya nöqtəsinə çatıb, bunun ardınca ya nüvəsizləşdirmə, ya da taktiki nüvə silahlarından istifadə olacaq. Bu vəziyyətdə Rusiya iki siyasi məğlubiyyətə uğradı: Şərqi Avropada “Putin klubu”nun yaradılması layihəsi Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdlə iflasa uğradı, Serbiya özünün Putinin “xidmətçisi” olmadığını göstərdi. “Asiya NATO-su” layihəsi də iflasa uğradı.

Lakin Moskvanın Ankara ilə yenidən yaxınlaşması vəziyyəti xilas edə bilər. Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan Astanada Ərdoğan-Putin görüşünü təsdiqləyir, həm də Rusiya prezidentinin Ankarada gözlənildiyini əlavə edir. Putinlə Ərdoğanın Astanada fundamental məsələləri müzakirə edəcəyini şübhəsizdir. Çünki Türkiyə Rusiyanın strateji təcrid məqamı ilə razılaşa bilməz, əksinə bunu özünə qarşı təhlükə kimi dəyərləndirir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin