KXDR Rusiyaya OF-482M 130 mm-lik haubitsa sursatının ilk partiyasını çatdırıb

2024/06/OF-48-1719650612.jpg
Oxunub: 350     13:08     29 İyun 2024    
Rusiya-Ukrayna müharibəsi davam edir, xüsusilə artilleriya diqqət mərkəzindədir.

Ordu.az xəbər verir ki, Ukrayna 20-dən çox ölkədən silah və sursat dəstəyi aldığı halda, Rusiya da dəstək ala biləcəyi ölkələrin sayını artırmaq üçün səy göstərir.

Son olaraq Şimali Koreya Rusiyaya yeni sursat tədarükü həyata keçirib.

Şimali Koreya Rusiyaya OF-482M 130 mm-lik yüksək partlayış qabiliyyətinə malik qəlpəli haubitsa sursatının ilk partiyasını çatdırıb.

Təhvil verilən haubitsa sursatı Rusiya ordusu tərəfindən cəbhə xəttinə daşınaraq, M-46 haubitsalarında istifadəyə verilib.

20 kilometrdən çox mənzilə malik olan OF-482M sursatlarından nə qədər Rusiyaya göndərildiyi hələ də qeyri-müəyyən olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Rusiya  


Bizi "telegram"da izləyin