Ordu.az xəbər verir ki, bu barədə İsveçrə XİN “X” sosial şəbəkəsində məlumat yayıb.
"XİN-in Beynəlxalq Təhlükəsizlik departamentinin rəhbəri səfir Qabriel Luxinqer bu gün Pekində ÇXR hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huemlə görüşüb. Onlar Ukrayna ilə bağlı konfransın nəticələrini müzakirə ediblər və Bürgenstokda müəyyən edilmiş Ukrayna üçün sülh yoluna davamlı sadiqliyini nümayişi üçün sonrakı addımları izah etdilər", - məlumatda deyilir.
Ordu.az