“Ermənistanın Baş naziri özünə manevr yeri qoymağa çalışır” - Markedonov

2023/04/1682491499.jpg
Oxunub: 250     12:33     29 İyun 2024    
“Son zamanlar Ermənistanla Avropa İttifaqının yaxınlaşması xəbəri ilə heç kəsi təəccübləndirməyəcəksiniz”.

Ordu.az xəbər verir ki, bunu sosial şəbəkələrdə rusiyalı politoloq Sergey Markedonov yazıb.

Onun sözlərinə görə, rəsmi İrəvan Brüssellə yaxınlaşma və strateji əməkdaşlıq səviyyəsinə çıxmaq istiqamətini müəyyənləşdirib.

“Lakin bu baxımdan da 21 iyun hadisələri önə çıxır və xüsusi diqqət tələb edir. Söhbət nədən gedir. Ötən həftənin sonunda Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məsələsini müzakirə edib. Bu təşəbbüsün həyata keçirilməsi üçün ciddi potensialı varmı? Yoxsa daha çox Ermənistanın Qərbə tam və son dönüşündən yox, simvolik hadisədən danışmaq olar? Əvvəla, hər bir təşəbbüsün öz müəllifi var. Parlament müzakirəsi ideyası “Demokratik Qüvvələrin Platforması” tərəfindən irəli sürülüb. Bu adamların hamısı adətən Baş nazir Nikol Paşinyanın kiçik həmkarları kimi görünür”, - deyə Markedonov qeyd edib.

Markedonov əlavə edib ki, Ermənistanın Baş naziri özünə manevr yeri qoymağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Baş-nazir  


Bizi "telegram"da izləyin