Türkiyənin ilk milli helikopter mühərriki TEI-TS1400 rekord güc səviyyəsinə çatıb

2024/06/2024--1719642577.jpg
Oxunub: 308     12:50     29 İyun 2024    
Türkiyənin ilk milli helikopter mühərriki TEI-TS1400 bir sıra çətin sınaqlardan uğurla keçib və daha bir mühüm mərhələni geridə qoyub.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) himayəsi altında inkişaf etdirilən mühərrik EASA CS-E 740 dözümlülük sınaqları çərçivəsində 15 ardıcıl 6 saatlıq aşınma sınağını tamamlayıb.

Bu sınaqlardan sonra TEI-TS1400-ün performansı daha da yüksəlib. Mühərrikin son güc həddi helikopterin tək mühərrikli təcili eniş ssenarisi çərçivəsində sınaqdan keçirilib.

İlk uçuşdan əvvəl və sonra yüzlərlə saat çətin sınaqlara məruz qalan milli mühərrik 1740 at gücünə çatıb.

Eyni sınaq ikinci dəfə təkrarlanıb və mühərrik yenidən uğurlu olub.

Bu tarixi sınağın nəticələri TEI-TS1400-ün “Gökbey” helikopteri üçün kritik əhəmiyyətə malik olduğunu göstərib.

Mühərrik sübut edib ki, o, helikopterin ən çətin şəraitdə ehtiyac duyacağı bütün gücü təmin edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TEI-TS1400   Helikopter  


Bizi "telegram"da izləyin