Tavusda Ermənistan Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu bıçaqlanıb

2024/06/2024--1719641894.jpg
Oxunub: 534     10:16     29 İyun 2024    
İyunun 25-də Ermənistanın Tavus vilayətində bıçaqlanma hadisələri baş verib.

Ordu.az xəbər verir ki, saat 20:30 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin polis xidmətinin Tavuş icma polis bölməsinə əməliyyat məlumatları daxil olub.

Məlumata görə, həmin gün saat 22:00 radələrində Qulalı yaşayış məntəqəsinin mərkəzi küçəsində mübahisə baş verib, nəticədə 2 nəfər bıçaqlanıb.

Polis müəyyən edib ki, mübahisə Tavus sakinləri 21 yaşlı Q.Hayk ilə 19 yaşlı Ç.Rafayel, 19 yaşlı Ç.Suren arasında baş verib. Mübahisə zamanı Q. Hayk əlində olan bıçaqla sonunculara zərbə endirib. Onlardan biri kürəyindən, biri isə döş qəfəsindən xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Məlumata görə, xəsarət alanlar hərbi qulluqçulardır və mübahisəyə səbəb Qulalı yaşayış məntəqəsinin mərkəzi küçəsində avtomobilin sürətlə hərəkət etməsi olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavus   Ermənistan   MN   Bıçaqlama  


Bizi "telegram"da izləyin