İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın obyektlərinə hücum edib

2024/06/1719638346.jpg
Oxunub: 167     06:59     29 İyun 2024    
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) "Hizbullah" hərəkatının Livanın cənubundakı hərbi obyektlərinə zərbələr endirib.

Ordu.az-ın xəbərinə görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində “Hizbullah”ın Livanın cənubundakı çoxsaylı obyektlərinə zərbələr endirib", - açıqlamada deyilir.

Hücum edilən hədəflər sırasında Zyabkin, Hiama və Hula bölgələrindəki hərbi obyektlər və Livanın cənubundakı Daisin də sadalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin