Aİ: 10 il ərzində müdafiəyə 500 milyard avro xərcləməliyik

2024/06/2024--1719642316.jpg
Oxunub: 166     11:49     29 İyun 2024    
Aİ Komissiyasının sədri Ursula Fon der Lyayen Aİ-nin müdafiəsini gücləndirmək üçün qarşıdakı on il ərzində 500 milyard avro (535 milyard dollar) investisiya etməli olduğunu deyib.

Ordu.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi qarşısında Aİ ölkələri uzun illər kifayət qədər investisiya qoyuluşundan sonra müdafiə sənayelərini gücləndirməyə və ordularını yenidən silahlandırmağa çalışırlar.

“Hesab edirik ki, növbəti on il ərzində təxminən 500 milyard avro əlavə müdafiə investisiyasına ehtiyac var”, - deyə Lyayen qeyd edib.

Lakin Aİ-nin icra orqanının rəhbəri nəzərdə tutulan məbləğə nələrin daxil olduğu barədə ətraflı məlumat verməyib.

“Hesablamaları görməmişik, təfərrüatını görməmişik, bu, sadəcə olaraq göydən zənbillə düşən puldur”. - deyə bir Aİ diplomatı bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin