Roberto Montella yenidən ATƏT PA-nın Baş katibi seçilib

2024/06/9b7c9-1719657783.jpg
Oxunub: 189     14:28     29 İyun 2024    
Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilib.

Ordu.az bu barədə ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

R.Montellin yeni mandatı 2026-cı il yanvarın 1-də başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

Baş Katib Assambleyanın işlərinə rəhbərlik etmək, Katibliyin səmərəliliyini təmin etmək və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək, Büronun, Daimi Komitənin və Assambleyanın qərarlarının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşıyır.

Xatırladaq ki, R.Montella ilk dəfə bu postu 2016-cı ilin yanvarında tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Montella   ATƏT   PA  


Bizi "telegram"da izləyin