İran İsraili genişmiqyaslı müharibə ilə hədələyib

2024/04/iStoc-1713092924.jpg
Oxunub: 266     09:19     29 İyun 2024    
“İsrail Livana qarşı hücuma keçsə, ona qarşı məhvedici müharibə başlayacaq”.

Ordu.az-ın məlumatına görə, bu fikirlər İranın BMT-dəki Nümayəndəliyinin “X” hesabında paylaşılıb:

“İran İsrail rejiminin Livana hücum barədə təbliğatını psixoloji müharibə hesab edir. Lakin əgər genişmiqyaslı hərbi aqressiya başlayarsa, buna məhvedici müharibə ilə cavab veriləcək. Hazırda bütün cəbhələrdən hücum da daxil olmaqla, istənilən müqavimət variantı nəzərdən keçirilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   Müharibə  


Bizi "telegram"da izləyin