Danimarka bezdi: Yeniləməsi gecikən F-35-lər ABŞ-dən gətirilir

2024/06/2024--1719642806.jpg
Oxunub: 258     13:40     29 İyun 2024    
F-35-in təkmilləşdirilmiş versiyasının çatdırılma cədvəli pozulmaqda davam edərkən, Danimarka hazırda ABŞ-də pilotların hazırlanması üçün istifadə edilən 6 ədəd F-35 təyyarəsini ölkəsinə gətirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi Arizonadakı “Luke” aviabazasında yerləşdirilən TR-2 konfiqurasiyalı 6 Danimarka F-35 təyyarəsinin Danimarka Kral Hərbi Hava Qüvvələrinin (HHQ) “Skrydstrup” aviabazasına göndəriləcəyini açıqlayıb.

Danimarka F-16 reaktiv təyyarə parkını mərhələli şəkildə inventardan çıxarmağa hazırlaşarkən, bu təyyarələr ölkənin əməliyyat təyinatlı F-35-lərini 10 ədədə çatdırmaq üçün artıq ölkədə olan 4 ədəd F-35-ə qoşulacaq.

ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin may ayında verdiyi məlumata görə, “Lockheed Martin” tam tədarükü 2025-ci ilə qədər davam edəcək “Technology Refresh 3” (TR-3) yeniləməsi ilə əlaqədar aparat və proqram təminatı gecikmələri səbəbindən təhvil verilməmiş F-35 təyyarələrini saxlamaq üçün yer tapa bilmir.

Bu, Danimarka, Belçika və Norveç kimi 40 ildən artıqdır ki, F16-ları uçuran və parklarında yüzlərlə deyil, onlarla təyyarəsi olan ölkələrin parkının yenilənməsi planlarını pozur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   ABŞ   F-35  


Bizi "telegram"da izləyin