Suriya ordusunun PUA-ları 10 terrorçunu zərərsizləşdirib

2024/06/1719637884.jpg
Oxunub: 140     02:10     29 İyun 2024    
Suriya ordusunun komandanlığı Hələb əyaləti mərkəzinin qərbində (Dəməşqdən 360 km) yerləşən qanunsuz silahlıların mövqelərinə zərbələr endirmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə " Al Watan" qəzeti məlumat yayıb.

Məlumata görə, Takad rayonunda "Cəbhət ən-Nusra" ekstremist qruplaşmasının qərargahına və kazarmasına pilotsuz təyyarələrin hücumu nəticəsində dörd terrorçu məhv edilib. Daha altı silahlı Daret-İzza şəhəri yaxınlığında məhv edilib. Yaralanan yeddi terrorçu Türkiyənin İdlibdəki Xəstəxanasına aparılıb.

Suriya qoşunları artilleriyası Cebel-əz-Zaviya dağlıq ərazisindəki quldur dəstələrinin arxa bazalarına atəş açıb. Afes, Deyr-Sinbul, Kensarfa, Sufuhan və Fleyfil yaşayış məntəqələri atəşə tutulub.

Nəşr qeyd edib ki, bu hücumlar hökumət qüvvələrinin himayəsində olan yaşayış məntəqələrinə silahlı basqınlara cavab olaraq edilib. Mayın əvvəlindən 40-dan çox insan Suriyanın şimal-qərbindəki "Cəbhət ən-Nüsra" və onun müttəfiqlərinin silahlı hücumlarının qurbanı olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ordu   PUA  


Bizi "telegram"da izləyin