Tramp: "Amerikaya “ağıllı prezident” başçılıq edərsə, Rusiya və Çin ABŞ-nin düşməni olmayacaq"

2024/06/1719638436.jpg
Oxunub: 139     07:00     29 İyun 2024    
Ağ Evə “ağıllı prezident” başçılıq edərsə, Rusiya, Çin və Şimali Koreya ABŞ-nin düşməni olmayacaq.

Ordu.az “Right Side Broadcasting Network”-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Virciniya ştatının Çesapik şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Ədalət naminə deməliyik ki, bizim xarici düşmənlərimiz var - Çin, Rusiya, Şimali Koreya. Ancaq "ağıllı prezidentiniz" varsa, onlar düşmən olmayacaqlar. "Ağıllı prezidentiniz" varsa, onlar düşmən deyillər”, - Tramp bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin