Azərbaycan Ermənistandan ona qarşı bütün iddialardan əl çəkməyi tələb edir

2024/06/1719645867.jpg
Oxunub: 408     12:00     29 İyun 2024    
Ötən gün “Müqəddəs Mübarizə” “Telegram” kanalında sensasion məlumat yayılıb ki, Azərbaycan Ermənistandan ona qarşı bütün iddialardan əl çəkməyi tələb edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

“Diplomatik çevrədəki mənbələrimiz bildirirlər ki, sülh sazişinin 10-cu paketində İlham Əliyev administrasiyası Ermənistandan müxtəlif beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı bütün iddialarından əl çəkməsini tələb edir. Diplomatik mənbələrimiz Paşinyan hakimiyyətinin İlham Əliyevin bu tələblərini də yerinə yetirməyə hazır olduğunu iddia edirlər”, - deyə “Telegram” kanalı yazıb.

Nəşr rəsmi şərh almaq üçün Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib.

“Lakin Ermənistan XİN daha əvvəl beynəlxalq hüquq məsələləri üzrə Ermənistanın nümayəndəsinin ofisinin sözçüsü Hasmik Samvelyanın bəyanatına istinad edib. Orada deyilir: “Hazırda belə bir qərar yoxdur, bununla bağlı heç bir proses aparılmır”. Xarici İşlər Nazirliyindən əlavə şərh verilməyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN   Azərbaycan  


Bizi "telegram"da izləyin