Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan artıq komanda yoldaşlarına, xüsusən də partiyanın idarə heyətinin üzvlərinə müxalifətin seçkilərə hazırlaşdığını, bunun çox qaynar və gözlənilməz ola biləcəyini başa salıb.
“Mənbələrimizin bildirdiyinə görə, partiyada düşünürlər ki, küçə mübarizəsi bitib, müxalifət artıq küçələrə çıxmayacaq və onlar 2026-cı il seçkilərində yenidən seçilmək üçün hər cür səy göstərməlidirlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az