Pakistan ABŞ-nin ölkənin daxili işlərinə qarışmaq cəhdini pisləyib

2024/06/1719638217.jpg
Oxunub: 149     05:38     29 İyun 2024    
Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) ABŞ Nümayəndələr Palatasının 25 iyun 2024-cü il tarixli ölkədəki seçki pozuntuları ilə bağlı “tam və müstəqil araşdırma” çağırışını pisləyən qətnaməni təsdiqləyib. Pakistan Xarici İşlər Nazirliyi də öz növbəsində ABŞ-nin İslam Respublikasında seçkilərlə bağlı qətnaməsini tənqid edib.

Ordu.az bu barədə TASS-a istinadən xəbər verir.

“Ölkəmizin daxili işlərinə bu cür müdaxilə qəbuledilməzdir”, - “The Express Tribune” qəzeti Pakistanın qətnaməsinin müəllifi, ölkənin Müsəlman Liqasının deputatı Şaist Perez Malikdən sitat gətirib.

“Heç bir dünya dövləti başqa ölkənin daxili işlərinə qarışmağa layiq deyil. Dünyada insan hüquqlarının pozulmasını pislədiyimiz kimi, bu müdaxiləni də pisləməliyik", - o deyib.

“ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi 901 saylı qətnaməyə görə çox təəssüflənirik”, - İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç deyib.

“Qətnamə açıq şəkildə Pakistanın siyasi, seçki proseslərinin qeyri-adekvat və səhv başa düşülməsindən irəli gəlir. Bu həm də Pakistanın daxili işlərinə arzuolunmaz müdaxilədir”, - o əlavə edib.

XİN sözçüsü vurğulayıb ki, 901 saylı qətnamənin qəbulunun vaxtı və konteksti də Pakistan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı müsbət trayektoriyası üçün əlverişli deyil. Pakistan ABŞ ilə münasibətlərini qarşılıqlı etimad, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında inkişaf etdirmək istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ABŞ  


Bizi "telegram"da izləyin