İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar quraşdırıb

2024/06/1719637722.jpg
Oxunub: 124     00:36     29 İyun 2024    
İran Fordodakı obyektində uranı zənginləşdirmək üçün dörd IR-6 sentrifuqası quraşdırıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə "Reuters" Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatına istinadən məlumat yayıb.

Agentlik bundan əvvəl məlumat verib ki, Tehran Fordoda 174 IR-6 sentrifuqasından ibarət 8 kaskad quraşdırmaq istəyir. Sənəddə qeyd edilir ki, AEBA dörd kaskadın quraşdırılmasını təsdiq edə bilib.

Hesabatda qeyd olunur ki, İran bu obyektlərdə uranı zənginləşdirməyə nə vaxt və hansı səviyyədə başlayacağını dəqiqləşdirməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Uran  


Bizi "telegram"da izləyin