Erməni əsgər valideyni: “Oğlumun komandirləri onları aldadaraq, Şuşada saxladılar və özləri qaçdılar”

2024/06/2024--1719646250.jpg
Oxunub: 484     15:20     29 İyun 2024    
“Müharibənin ilk günündən bu günə qədər heç bir şey yaxşı, düzgün və qaydasında olmayıb”.

Ordu.az xəbər verir ki, bunu Mehridə Ermənistandakı aksiyaların rəhbəri, erməni keşiş Baqrat Srbazanla görüşdə Qarabağdan Ermənistana könüllü köç etmiş şəxs deyib.

“Oğlumun komandirləri, “Tsor” hərbi hissəsinin iki komandiri, taqım komandiri onları aldadaraq, Şuşada saxladılar və özləri qaçdılar. Onlardan biri olan Hayk Gevorgyan Qarabağda anadan olub, digəri komandirin yerinə müvəqqəti gəlmiş Artyom Arakelyandır. Özü deyirdi ki, uşaqların öləcəklərini bilsəydi, onları aşağı endirərdi. Özləri isə Xankəndiyə eniblər”, - deyə o qeyd edib.

Qarabağdan Ermənistana könüllü köç etmiş şəxs iddia edib ki, Şuşa təhvil verilib, çünki müdafiə etsəydilər, təhvil verilməzdi.

“Şuşanı təhvil verdilər, yuxarıda mənim kimi üç nəfər olsaydı, saxlaya bilərdilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin