Fransa Senatında Ermənistan seçkiləri, Avropa İttifaqı ilə əməkdaşlıq və sülh gündəliyi müzakirə olunub

2026/06/1782302314.jpg
Oxunub: 194     15:57     24 İyun 2026    
İyunun 23-də Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Fransa Senatında Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistanda keçirilmiş parlament seçkiləri, onların nəticələri, seçkilərdən sonrakı proseslər və beynəlxalq müşahidəçilərin rəyləri müzakirə olunub.

“Görüş zamanı Ermənistanın Cənubi Qafqazda sülhün institusional əsaslarla möhkəmləndirilməsi istiqamətində atdığı addımlar və TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı proseslər də təqdim olunub.

Senatın Fransa-Ermənistan dostluq qrupunun üzvləri regionda sülh gündəliyinə, Ermənistanda demokratik institutların möhkəmləndirilməsinə və Ermənistan-Fransa tərəfdaşlığının genişləndirilməsinə dəstəklərini bir daha ifadə ediblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin