Ordu.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Starmer parlament debatları zamanı bildirib.
K.Starmerin sözlərinə görə, istənilən baş naziri qiymətləndirməyin əsas meyarı onun ölkəni öz varisinə hansı vəziyyətdə təhvil verməsidir: "Bilirəm ki, ölkəni qəbul etdiyim vəziyyətdən daha yaxşı halda təhvil verə biləcəyəm".
Baş nazir həmçinin Mühafizəkarlar Partiyasından olan sələflərini də tənqid edib.
Xatırladaq ki, Kir Starmer iyunun 22-də istefa verdiyini elan edib. O əlavə edib ki, xələfi seçilənə qədər baş nazir vəzifəsini tutmağa davam edəcək.
Ordu.az