Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında deyib.
Peskov bildirib ki, Ermənistan rəhbərliyi ölkənin gələcək inkişaf yolunun seçimi ilə bağlı mühüm qərar ərəfəsindədir.
“Biz görürük ki, hazırda Ermənistan və onun rəhbərliyi yol ayrıcındadır. Ermənistan rəhbərliyi gələcək inkişaf yolunun seçilməsi barədə danışır. Bu məsələ bizim üçün vacibdir, çünki Rusiya və Ermənistan əsrlər boyu qonşu və qardaş ölkələr olublar”, - deyə Kremlin nümayəndəsi qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az