İsrailin müdafiə naziri: “ABŞ tələb etsə belə, İsrail Livanın cənubundan qoşunlarını çıxarmayacaq”

2026/06/1782306460.jpg
Oxunub: 202     17:02     24 İyun 2026    
İsrail ABŞ-nin tələbi olsa belə, Livanın cənubundakı hərbi qüvvələrini geri çəkməyəcək.

Ordu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

Nazirin sözlərinə görə, Livanın cənubundakı təhlükəsizlik zonalarında əvvəllər yolkənarı partlayıcılar yerləşdirilib və İsrail əsgərlərinə qarşı hücumlar həyata keçirilib.

“200 min livanlı sakin evlərinə qayıtmayacaq. Çünki keçmişdə mülki şəxslərin də yaşadığı təhlükəsizlik zonalarında yolkənarı bombalar və İsrail əsgərlərinə qarşı hücumlar olub. Biz buna imkan verməyəcəyik. Biz oradan çıxmırıq”, - deyə Kats bildirib.

İsrail müdafiə naziri vurğulayıb ki, ölkəsi sərhəd bölgələrində təhlükəsizliyi təmin etmək məqsədilə mövcud mövqelərini qorumaqda qərarlıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


Bizi "telegram"da izləyin