Ordu.az xəbər verir ki, Lavrov bu barədə çıxışında danışıb.
Nazirin sözlərinə görə, Rusiyanın rəqibləri ölkənin milli təhlükəsizliyi üçün qəbuledilməz təhdidlərin yaradılması və Ukraynadakı rus və rusdilli əhalinin hüquqlarının pozulması ilə bağlı Moskvanın açıq xəbərdarlıqlarını sonsuzadək və cəzasız şəkildə görməzdən gələ bilməzlər.
Lavrov qeyd edib ki, Qərb ölkələri Rusiyanın həyati əhəmiyyət daşıyan maraq sahələrinə genişlənmək planlarından imtina etməlidirlər.
Onun fikrincə, Avropa İttifaqının Ukrayna məsələsində hazırkı mövqeyi adekvat deyil.
Rusiya xarici işlər naziri vurğulayıb ki, Moskva münaqişənin müvəqqəti həlli variantını qəbul etməyəcək və heç kimin sözünə kor-koranə inanmayacaq.
“Bu gün top bizim meydançamızda deyil. Lakin onlar getdikcə daha çox topu bizə ofsayddan ötürməyə çalışırlar. Dünya çempionatının dili ilə desək, bu cür alınmayacaq”, - deyə Lavrov bildirib.
Nazir əlavə edib ki, Rusiya Prezident Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilmiş sammit zamanı əldə olunan razılaşmalara sadiq qalır.
Lavrovun sözlərinə görə, Moskva hələ də Ukrayna ilə bağlı ABŞ-nin təqdim etdiyi və Putin tərəfindən dəstəklənmiş təklifə cavab almayıb.
Sevinc Əliyeva
Ordu.az