KTMT-də Ermənistanın üzvlüyü məsələsinin ətraflı müzakirə ediləcəyi bildirilib

2025/09/1756914813.jpg
Oxunub: 202     15:54     24 İyun 2026    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın gələcək üzvlüyü məsələsi təşkilat rəhbərliyinin geniş müzakirə mövzularından birinə çevriləcək.

Ordu.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda KTMT Daimi Şurasının sədri Viktor Vasilyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatdakı gələcək iştirakı ilə bağlı məsələ KTMT-nin ali rəhbərliyi tərəfindən xüsusi diqqətlə nəzərdən keçiriləcək.

“Əlbəttə, Ermənistanın KTMT-də gələcək üzvlüyü məsələsi də ali rəhbərliyin ən diqqətli şəkildə araşdıracağı və müzakirə edəcəyi mövzulardan biri olacaq”, - deyə Vasilyev qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin