İrəvan məhkəməsinin hakiminə qarşı intizam icraatı başlanılıb

2026/06/1782302554.jpg
Oxunub: 198     16:00     24 İyun 2026    
İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Karen Farxoyana qarşı intizam icraatı başlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.

Məlumata görə, Ermənistan Ədliyyə Nazirliyi artıq Ali Məhkəmə Şurasına müraciət edərək Farxoyanın intizam məsuliyyətinə cəlb olunmasını tələb edib.

Müraciətə iyunun 25-də saat 15:15-də baxılacaq. İntizam icraatının hansı əsasla başlandığı barədə məlumatın yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, Karen Farxoyanın icraatında Levon Köçəryan, Baqrat Srbazan və digər şəxslərlə bağlı bir sıra səs-küylü işlər olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ermənistan   Farxoyan  


Bizi "telegram"da izləyin