Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.
Peskov qeyd edib ki, Avrasiya İqtisadi Birliyi Ermənistan iqtisadiyyatının inkişafına mühüm töhfə verir və ölkənin ümumi daxili məhsulunun artımını dəstəkləyir.
“Biz əminik ki, bu inteqrasiya prosesi hər il Ermənistanın ÜDM artımına əhəmiyyətli töhfə verir. Həmçinin hesab edirik ki, bütün keyfiyyət göstəricilərinə görə bizim inteqrasiya prosesimiz digər alternativləri əhəmiyyətli dərəcədə üstələyir. Ümid edirik ki, ilk növbədə erməni xalqı, eləcə də Ermənistanın hazırkı rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra eyni qənaətə gələcək”, - deyə o bildirib.
Peskov əlavə edib ki, İrəvan hazırda öz inkişaf yolunu seçmək mərhələsindədir və bu məsələ Moskva üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Rusiya və Ermənistan uzun əsrlər boyunca qardaş ölkələr olublar.
Alpər Mövludoğlu
Ordu.az