Tramp İranı Hörmüz boğazında rüsum tətbiqi ilə bağlı xəbərdar edib

2026/06/1782275190.jpg
Oxunub: 211     16:30     24 İyun 2026    
İran gəmilərin Hörmüz boğazından keçməsi üçün ödəniş almır və gəmiçilik şirkətlərindən heç bir rüsum, sığorta haqqı və ya digər ödənişlər əldə etmir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"Əgər bu məlumat yalan çıxarsa, danışıqlar dərhal dayandırılacaq!", - o bildirib.

D.Tramp həmçinin Birləşmiş Ştatların İrana pul vəsaiti verdiyi və ya ona məxsus aktivləri blokdan çıxardığı barədə xəbərləri təkzib edib.

Bununla yanaşı, ABŞ lideri bildirib ki, Vaşinqton ABŞ-nin nəzarətindəki dondurulmuş İran vəsaitlərinin bir hissəsini İran üçün ərzaq alınmasına istifadə etmək niyyətindədir.

Onun sözlərinə görə, vəsaitlər qarğıdalı, buğda və digər kənd təsərrüfatı məhsullarının müstəsna olaraq ABŞ istehsalçılarından alınmasına yönəldiləcək.

D.Tramp qeyd edib ki, İranın ərzağa kəskin ehtiyacı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   Hörmüz  


Bizi "telegram"da izləyin