Ordu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun brifinq zamanı bildirib.
Onun sözlərinə görə, memorandum tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini, hərbi əməliyyatlardan çəkinməsini və daxili işlərə müdaxilə etməməsini nəzərdə tutur.
“ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması müsbət siqnaldır və bu sənəd birgə səylərlə qorunmalı, praktik şəkildə həyata keçirilməlidir”, - deyə diplomat qeyd edib.
Qo Tsyakun əlavə edib ki, Çin ardıcıl olaraq regiondakı gərginlik ocaqlarının və tərəflər arasındakı fikir ayrılıqlarının yalnız dialoq və danışıqlar yolu ilə həll edilməsini dəstəkləyir.
O vurğulayıb ki, Pekin beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya bununla hədələnməsinə daim qarşı çıxır.
Sevinc Əliyeva
Ordu.az