Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumata görə, Monqolustanın müdafiə naziri Batlut Damba Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəsmi dəvəti ilə ölkədə səfərdədir.
Görüş Türkiyə Baş Qərargahının qərargahında baş tutub.
Açıqlamada bildirilib ki, tərəflər ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşə dair fotolar da ictimaiyyətə təqdim olunub.
Sevinc Əliyeva
Ordu.az