Ukrayna Krımdakı "Saki" və "Qvardeyskoye" aerodromlarına zərbələr endirib

2026/06/1782293098.jpg
Oxunub: 214     13:11     24 İyun 2026    
Ukrayna Təhlükəsizlik Xidməti işğal olunmuş Krımdakı "Saki" və "Qvardeyskoye" hərbi aerodromlarına zərbələr endirib, nəticədə Rusiya ordusunun aviasiya texnikasının saxlanması üçün nəzərdə tutulan dörd anqar vurulub.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, zərbələr "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin hərbçiləri tərəfindən endirilib.

Aerodromlarla yanaşı, Kerç boğazı ərazisində Rusiya qoşunlarının HHM vasitələri də vurulub.

Bundan başqa, Kerç ərazisində S-400 zenit-raket kompleksinə aid iki qurğu və iki ədəd "Pantsir-S1" zenit raket kompleksi vurulub.

Ukrayna xüsusi xidmət orqanından bildiriblər ki, bu, həmin ərazidə "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin bölmələri tərəfindən vurulan dördüncü "Pantsir-S1" kompleksidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Krım  


Bizi "telegram"da izləyin