Tariq Altayer: "Mövcud çağırışlar İslam dünyasında parçalanmaya son qoyulmasını tələb edir"

2026/06/1782301793.jpg
Oxunub: 138     15:12     24 İyun 2026    
Mövcud çağırışlar İslam dünyasında parçalanmaya son qoyulmasını tələb edir

Ordu.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, yaranmış şəraitdə əsas diqqət İslam ölkələrinin iqtisadi imkanlarının genişlənməsinə, beynəlxalq əməkdaşlığın və inteqrasiyanın möhkəmlənməsinə, hərtərəfli və gələcəyə hesablanmış layihələrin həyata keçirilməsinə yönəldilməlidir:

"Hazırda qarşıda duran əsas vəzifə təkcə mövcud böhranları həll etmək deyil, həm də mövcud çağırışları ölkələrin güclənməsinə yönəldə bilməkdir. Həmçinin indiki çağırışlar İslam dünyasında parçalanmaya son qoyulmasını və qarşıdurma risklərinin azaldılmasını tələb edir.

Eyni zamanda, hüquqi sistemdən kənara çıxmamaq, vətəndaşlara dəstəyin artırılması, BMT prinsiplərinə uyğun fəaliyyət göstərilməsi də mühüm tələblər sırasındadır. Bu məqsədlə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, xalqların hərtərəfli inkişafının təmin olunması, əməkdaşlığın dərinləşdirilməsi və ərəb ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi vacibdir".

BƏƏ parlamentinin vitse-spikeri əlavə edib ki, davamlı və hərtərəfli inkişafın təmin edilməsi üçün müxtəlif məsələlər üzrə əməkdaşlığın fəallaşdırılması zəruridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tariq-Altayer   BƏƏ  


Bizi "telegram"da izləyin