Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi bu gün keçirilən brifinqdə deyib.
"Texniki danışıqlar gələn həftənin əvvəlində bərpa olunacaq. Bu, müvəqqəti fasilədir və danışıqlar prosesi davam etdiriləcək", - o bildirib.
XİN nümayəndəsi qeyd edib ki, vasitəçi ölkələr olan Pakistan və Qətərin texniki qrupları 60 gün ərzində yekun sülh sazişinin əldə olunmasına yönəlmiş İslamabad anlaşma memorandumunun icrasına dəstək məqsədilə yaxın həftələrdə amerikalı və iranlı həmkarları ilə işi davam etdirəcəklər.
Ordu.az