Livanda İsrail zərbələri nəticəsində 3 nəfər ölüb

2026/06/1781796311.jpg
Oxunub: 165     19:22     18 İyun 2026    
Livanın cənubunda İsrailə məxsus Pilotsuz Uçuş Aparatlarının (PUA) həyata keçirdiyi iki ayrı hücum nəticəsində üç nəfərin öldüyü bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Kfar Tibnit şəhərində bir avtomobilin PUA zərbəsinə məruz qalması nəticəsində iki nəfər ölüb.

Məlumata əsasən, həlak olanlar arasında velosiped idmanı üzrə dünya çempionu Əli İsmayıl Tufaylinin də olduğu bildirilir. Bununla belə, bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

NNA-nın yaydığı digər məlumata görə, ayrı bir hadisədə Livanın cənubundakı Zabdin şəhərində də PUA hücumu nəticəsində daha bir nəfər ölüb.

Xəbərdə qeyd olunur ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ABŞ ilə qarşıdurmanın dayandırılmasına yönəlmiş razılaşmanı imzalayıb.

14 maddədən ibarət sənəd bütün istiqamətlər üzrə döyüş əməliyyatlarının dayandırılmasını, o cümlədən Livandakı fəaliyyətlərin dayandırılmasını və Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutur.

Razılaşmaya əsasən, İrana qarşı sanksiyaların ləğvi, neft ixracının bərpası, dondurulmuş aktivlərə çıxış imkanının yaradılması və ölkənin bərpası ilə iqtisadi inkişafı üçün 300 milyard dollara qədər vəsait ayrılması kimi mühüm iqtisadi güzəştlər nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin