Azərbaycan və Latviya XİN-ləri arasında strateji dialoqun növbəti iclası keçirilib

2025/04/1743755926.jpg
Oxunub: 181     19:38     18 İyun 2026    
Riqa şəhərində Azərbaycan və Latviya Xarici İşlər Nazirlikləri (XİN) arasında strateji dialoqun növbəti iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyində dövlət katibinin müavini, siyasi direktor İvars Lasis rəhbərlik edib.

Görüş zamanı, Azərbaycan ilə Latviya arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, eləcə də müntəzəm təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Dialoq çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Latviya  


Bizi "telegram"da izləyin