Bu gün Hörmüz boğazından azı yeddi gəmi keçib

2026/06/1781158702.jpg
Oxunub: 195     19:35     18 İyun 2026    
“MarineTraffic” xidmətinin məlumatına görə, bu gün Hörmüz boğazından ən azı yeddi gəmi keçib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata əsasən, dörd yük gəmisi, Fransaya məxsus mayeləşdirilmiş təbii qaz tankeri və Kuk adalarının bayrağı altında üzən bitum tankeri boğazı tərk edərək Oman körfəzinə doğru hərəkət edib.

Eyni zamanda Panama bayrağı altında üzən bir gəmi boğaza daxil olaraq Fars körfəzinə istiqamət alıb.

Bildirilib ki, hazırkı aktivlik əvvəlki günlərlə müqayisədə artsa da, müharibədən əvvəlki səviyyədən xeyli aşağıdır. Belə ki, həmin dövrdə strateji əhəmiyyətə malik bu su yolu ilə gündəlik təxminən 135 gəmi hərəkət edirdi.

Gəmi hərəkətinin yenidən canlanması ABŞ ilə İran arasında əldə edilmiş daha geniş razılaşma çərçivəsində Hörmüz boğazının açılması barədə əldə olunan anlaşmadan sonra mümkün olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin