Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Əzizi bildirib ki, özünün “meydanda qalib” adlandırdığı İran istənilən razılaşmanın şərtlərini müəyyən edəcək.
“Tramp başa düşməlidir ki, meydanda qalib olan İran qaydaları müəyyən edir: pul pula qarşı, öhdəlik öhdəliyə qarşı, heç nə heç nəyə qarşı”, - deyə o yazıb.
Əzizi vurğulayıb ki, danışıqlar yalnız həqiqətən müzakirə predmeti olan məsələlər ətrafında aparıla bilər, ABŞ Prezidentinin “istəkləri” və ya “fantaziyaları” ətrafında deyil.
Bu açıqlama Trampın İranın guya nüvə proqramına məhdudiyyətlər qoyulmasına, Hörmüz boğazının açılmasına və nüvə materiallarının bir hissəsinin məhv edilməsinə razılaşacağı barədə bir sıra bəyanatlarından sonra səsləndirilib.
İranın rəsmi və hakimiyyətə yaxın media qurumları daha əvvəl həmin açıqlamaların bir hissəsini təkzib edərək Vaşinqtonun vəziyyəti öz diplomatik qələbəsi kimi təqdim etməyə çalışdığını bildirmişdilər.
Sevinc Əliyeva
Ordu.az