Putin: “Avropalı siyasətçilərin Rusiya ilə müharibəyə hazırlaşdıqları barədə bəyanatları cəfəngiyyatdır”

2026/05/1780076357.jpg
Oxunub: 336     22:44     29 May 2026    
“Avropalı siyasətçilərin Rusiya ilə müharibəyə hazırlaşdıqları barədə açıqlamaları cəfəngiyyatdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mayın 29-da jurnalistlərə açıqlamasında bildirib.

“İddia olunur ki, bu, Rusiyanın Qərbi Avropa ölkələrinə qarşı guya aqressiv planları ilə əlaqədardır. Bu, yalandır. Bu, kobud və həyasız yalandır. Vaxtilə Gebbelsin dediyi kimi, yalan nə qədər inanılmaz olarsa, insanlar ona bir o qədər tez inanacaqlar”, - deyə Putin bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, Qərb siyasətçiləri və kütləvi informasiya vasitələri məhz bu prinsipləri gündəlik fəaliyyətlərində tətbiq edirlər.

“Rusiya heç vaxt Avropa ölkələrinə qarşı hər hansı aqressiv niyyət daşımayıb. Hazırda Ukraynada baş verən faciə isə məhz onların əməlinin nəticəsidir.

Bu, onların siyasətinin nəticəsidir. Çünki məhz onlar 2014-cü ildə Kiyevdə dövlət çevrilişinə gətirib çıxardılar və nəticədə Rusiya Krım sakinlərini müdafiə etmək, daha sonra isə (qondarma-red.) “Donetsk xalq respublikası” və (qondarma-red.) “Luqansk xalq respublikası”na dəstək göstərmək məcburiyyətində qaldı”, - deyə Putin vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Avropa   Rusiya  


Bizi "telegram"da izləyin