“NATO Rusiyanı aldadaraq şərqə doğru genişlənməyəcəyinə söz vermişdi” - Putin

2026/05/1780075940.jpg
Oxunub: 408     22:07     29 May 2026    
“Şimali Atlantika Alyansı Rusiyanı aldadaraq şərq istiqamətində genişlənməyəcəyinə dair verdiyi vədə əməl etməyib”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

Putin Avropa siyasətçilərinin məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışdığını iddia edib.

“İndi onlar günahı öz üzərlərindən atmağa, guya Rusiyanın aqressiv olduğunu göstərməyə çalışırlar. Xeyr. Bu onların siyasətidir. Hər şey ilk addımdan başladı. Onlar bizi aldadaraq bildirdilər ki, NATO heç vaxt genişlənməyəcək və şərqə doğru bir addım belə atmayacaq”, - deyə Putin bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   NATO   Rusiya  


Bizi "telegram"da izləyin