Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi bildirib.
Nəşrin məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu həftə Astanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə görüşü zamanı ölkəsinin həmin ehtiyatları saxlamağa hazır olduğunu bildirib.
Qrossinin sözlərinə görə, Qazaxıstan bu istiqamətdə öz hazırlığını ifadə edib.
Qeyd olunur ki, Qazaxıstan ərazisində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında fəaliyyət göstərən aşağı zənginləşdirilmiş uran bankı yerləşir.
Bu bank Agentliyə üzv dövlətlərin atom elektrik stansiyalarının yanacaqla təmin olunması və nüvə silahlarının yayılmasının qarşısının alınması məqsədilə yaradılıb.
Saxlama mərkəzi 2017-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində istifadəyə verilib.
Sevinc Əliyeva
Ordu.az