Ordu.az xəbər verir ki, bu barədə Putin Qazaxıstana dövlət səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında danışıb.
Putinin sözlərinə görə, keçmişdə Finlandiya, Baltikyanı ölkələr və Polşa ərazisinə Ukraynaya məxsus pilotsuz uçuş aparatları daxil olub.
“İlk reaksiya indi Rumıniyada olduğu kimi idi. “Həyəcan, ruslar gəlir, ruslar bizi bombalayır”. Sonra isə məlum olurdu ki, bunun Rusiya uçuş aparatları ilə heç bir əlaqəsi yoxdur”, - deyə Putin bildirib.
Xatırladaq ki, Rumıniyanın sərhəd şəhəri olan Qalatsda Rusiya istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı 10 mərtəbəli yaşayış binasına çırpılıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Baş verənlə bağlı Rumıniya Prezidenti Nikuşor Dan Milli Müdafiə Şurasının növbədənkənar iclasını çağırıb.
Sevinc Əliyeva
Ordu.az