KTMT baş katibi: “Ermənistan daimi nümayəndələrin iclaslarında iştirakını davam etdirir”

2026/05/1779967946.jpg
Oxunub: 295     15:25     28 May 2026    
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi nümayəndələrinin həftəlik iclaslarında iştirakını davam etdirir”.

Ordu.az xəbər verir ki, bunu təşkilatın baş katibi Taalatbek Masadikov bildirib.

“Hazırkı mərhələdə Ermənistan tərəfi yekun qərarını verməyənə qədər KTMT-nin tamhüquqlu üzvü olaraq qalır. Buna görə də onlar hər həftə daimi nümayəndələrin görüşlərində iştirak edir, məlumat və sənədlərlə mübadilə aparırlar”, - deyə Masadikov “Soyuznı” telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, “hər şey normal qaydada davam edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin