Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur

2026/04/17771-1777110270.jpg
Oxunub: 346     19:18     27 May 2026    
Ukrayna ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat əlaqələrinin, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edib.

"Qlobal enerji və logistika marşrutlarının transformasiyası şəraitində dövlətlərimizin regional qarşılıqlı əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da artacaq", - məktubda vurğulanıb.

Zelenski Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının dövlətlərin və xalqların maraqları naminə bundan sonra da möhkəmlənəcəyinə inandığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin